Sərvan Gəncəliyev

İnteryer dizayner

Sərvan Gəncəliyev

Sərvan Gəncəliyev

İnteryer dizayneri

Sərvan Gəncəliyev 30 noyabr 2003-cü ildə Sumqayıt şəhərində anadan olub. O, 2021-ci ildə Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbi bitirib. 2022-ci ildə həqiqi hərbi xidmətə yollanıb və 2023-cü ildə xidmətini başa vurub.

Hərbi xidmətini başa vurduqdan sonra peşəkar inkişafını davam etdirmək məqsədilə Code Academy-də “Digital Memarlıq və 3D Dizayn” ixtisası üzrə yeddi aylıq təhsil proqramını yüksək nəticə ilə tamamlayıb.

Təhsilini başa vurduqdan sonra Code Academy-də mentor kimi fəaliyyət göstərib. Bu müddətdə tələbələrə müxtəlif proqramların öyrənilməsində, memarlıq və dizayn sahəsi üzrə nəzəri və praktiki biliklərin mənimsənilməsində köməklik edib. Laboratoriya dərslərində praktiki məşğələlər apararaq tələbələrin əldə etdikləri bilik və bacarıqları real tapşırıqlar üzərində tətbiq etmələrinə dəstək olub.

Mentor kimi fəaliyyət göstərdiyi dövrdə paralel olaraq sərbəst şəkildə bir neçə interyer və eksteryer dizayn layihəsi üzərində çalışıb. Bu layihələr ona nəzəri biliklərini real işlərdə tətbiq etmək və peşəkar təcrübəsini genişləndirmək imkanı verib.

Daha sonra Bucaq Dizayn şirkətində texniki çertyojların hazırlanması və dizayn istiqaməti üzrə çalışıb. Burada layihələrin texniki və dizayn mərhələləri ilə bağlı müxtəlif işlərdə iştirak edib. Sonrakı dövrdə isə Evo Dizayn şirkətində fəaliyyət göstərib.

Hazırda Sərvan Gəncəliyev Draftsman MMC-də interyer dizayner vəzifəsində çalışır. Şirkətimizdəki fəaliyyəti müddətində üzərinə düşən tapşırıqlara məsuliyyətlə və ciddi yanaşan, öyrənməyə həvəsli, peşəkar inkişafına daim diqqət göstərən əməkdaş kimi özünü nümayiş etdirib.

Sərvan yeni proqram və texnologiyaların öyrənilməsinə maraq göstərir, əldə etdiyi bilikləri praktiki layihələrdə tətbiq etməyə çalışır. Verilən tapşırıqları diqqətlə dinləyir, irad və tövsiyələri düzgün qəbul edir, qarşılaşdığı çətinliklərin həllinə məsuliyyətlə yanaşır. Komanda daxilində işləməyi, həmkarlarının fikirlərinə hörmətlə yanaşmağı və iş prosesində qarşılıqlı fikir mübadiləsi aparmağı bacarır.

Xarakter etibarilə intizamlı, məsuliyyətli, məqsədyönlü, çalışqan və perspektivli bir gəncdir. Memarlıq və interyer dizaynı sahəsində özünü daha da inkişaf etdirmək, peşəkar təcrübəsini artırmaq və yüksək səviyyəli mütəxəssis kimi formalaşmaq üçün lazımi potensiala malikdir.

Sərvan Gəncəliyevi etibarlı, inkişaf etməyə həvəsli və gələcək vəd edən əməkdaş kimi müsbət xarakterizə edirik.

Layihənizi hesablayaq

Müraciət qoyun — ölçücü sizə uyğun vaxtda gələcək, ilkin hesablamanı isə bir iş günü ərzində alacaqsınız.

+994 50 519 12 12 Draftsmandizayn@gmail.com Bakı · istehsalat və şourum

Düyməni sıxmaqla məlumatların emalı siyasəti ilə razılaşırsınız.