Elmira Piriyeva Qasım qızı
Təmizlik xidməti şöbəsinin müdiri
Elmira Piriyeva Qasım qızı 1992-ci ilin mart ayında Saatlı rayonunda anadan olub. 1998-ci ildə Saatlı rayonunun Qaranuru kənd tam orta məktəbində təhsil almağa başlayıb və on birillik orta təhsilini həmin məktəbdə başa vurub.
Orta təhsilini tamamladıqdan sonra ailə həyatı qurub. Bir müddət sonra əmək fəaliyyətini və gələcək karyerasını Bakı şəhərində davam etdirmək məqsədilə ailəsi ilə birlikdə paytaxta köçüb.
Elmira Piriyeva 2024-cü ildən etibarən təmizlik xidmətləri sahəsində fəaliyyət göstərməyə başlayıb. İlk dövrlərdə bu sahə ilə fərdi şəkildə məşğul olsa da, zaman keçdikcə təmizlik işinə daha ciddi və peşəkar yanaşaraq bilik və bacarıqlarını inkişaf etdirib. Müxtəlif şirkətlərdə təmizlik üzrə əməkdaş kimi çalışması ona iş prosesinin təşkili, xidmət keyfiyyətinin qorunması, gigiyena qaydalarına riayət edilməsi və komanda ilə işləmək istiqamətində mühüm təcrübə qazandırıb.
Topladığı təcrübə, məsuliyyətli yanaşması, təşkilatçılıq bacarığı və idarəetmə qabiliyyəti sayəsində sıravi təmizlik əməkdaşından xidmətin peşəkar idarəçisinə qədər yüksəlib. Daha sonra Draftsman MMC komandasına qoşularaq şirkətin Təmizlik xidməti şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb.
Elmira xanım hazırda rəhbərlik etdiyi komandanın iş bölgüsünün aparılması, əməkdaşların fəaliyyətinin koordinasiyası, görülən işlərin keyfiyyətinə nəzarət və xidmət prosesinin düzgün təşkilinə cavabdehdir. O, işinə məsuliyyətlə yanaşan, nizam-intizamlı, tələbkar, zəhmətsevər və kollektivlə düzgün münasibət qurmağı bacaran rəhbər kimi xarakterizə olunur.
Elmira Piriyeva qarşısına Draftsman MMC-nin təmizlik xidmətini ölkənin ən peşəkar və etibarlı xidmətlərindən birinə çevirmək, şirkətlə birlikdə Azərbaycanın iri və nüfuzlu layihələrində iştirak etmək məqsədi qoyub. O, peşəkar inkişafını davam etdirərək uzunmüddətli karyerasını Draftsman ailəsinin tərkibində qurmaq əzmindədir.
Elmira xanıma gələcək fəaliyyətində uğurlar, rəhbərlik etdiyi şöbəyə daim peşəkarlıqla başçılıq etməyi və qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı arzulayırıq.
Layihənizi hesablayaq
Müraciət qoyun — ölçücü sizə uyğun vaxtda gələcək, ilkin hesablamanı isə bir iş günü ərzində alacaqsınız.
+994 50 519 12 12 Draftsmandizayn@gmail.com Bakı · istehsalat və şourum