Neyman Ağasiyev

Yumşaq mebel şöbəsinin müdiri

Neyman Ağasiyev

18 il təcrübə

NEYMAN AĞASİYEV RƏHMAN OĞLU

Yumşaq mebel istehsalı şöbəsinin müdiri

Peşəkar təcrübəsi: 18 il

Peşəkarlıq, təcrübə və yeniliklərə doğru birlikdə!

1991-ci ildə Sumqayıt şəhərində anadan olan Neyman Ağasiyev Rəhman oğlu 1997-ci ildə Sumqayıt şəhər 15 nömrəli tam orta məktəbdə təhsil almağa başlamışdır.

2008-ci ildə orta təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə yumşaq mebel istehsalı sahəsində başlamışdır.

2009-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətini başa vurduqdan sonra isə peşəkar fəaliyyətini davam etdirmişdir.

2015-ci ilə qədər Azərbaycanda yumşaq mebel istehsalı sektorunda çalışaraq bu sahənin incəliklərini mənimsəmiş, praktiki bilik və bacarıqlarını inkişaf etdirmişdir.

2015-ci il Neyman bəyin peşəkar karyerasında yeni mərhələnin başlanğıcı olmuşdur.

O, beynəlxalq təcrübə qazanmaq, yeni istehsal texnologiyalarını öyrənmək, müasir dizayn yanaşmalarını mənimsəmək və peşəkar biliklərini daha da təkmilləşdirmək məqsədilə Ukraynaya yollanmışdır.

Ukraynada üç il ərzində yumşaq mebel istehsalı sahəsində zəngin təcrübə qazandıqdan sonra Azərbaycana qayıtmış və fəaliyyətini doğma ölkəsində davam etdirmişdir.

İllər ərzində qazandığı bilik, peşəkar yanaşma, işinə məsuliyyətli münasibət, nizam-intizam və yüksək ustalıq bacarığı sayəsində Neyman bəy öz sahəsində seçilən təcrübəli mütəxəssislərdən birinə çevrilmişdir.

Bu gün isə onun peşəkar həyatında yeni və məsuliyyətli bir mərhələ başlayır.

Yumşaq mebel istehsalı sahəsində 18 illik təcrübəyə malik Neyman Ağasiyev Draftsman Design Studio MMC ailəsinə qoşularaq Yumşaq mebel istehsalı şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlamışdır.

Biz inanırıq ki, Neyman bəyin uzunillik peşəkar təcrübəsi, istehsalat bilikləri və yenilikçi düşüncə tərzi Draftsman komandasının imkanları, texniki potensialı və inkişaf strategiyası ilə birləşərək böyük uğurlara yol açacaqdır.

Əminik ki, qarşıdakı illərdə Neyman bəyin rəhbərliyi ilə yumşaq mebel istehsalı şöbəmiz daha da inkişaf edəcək, yeni layihələrə və uğurlu nəticələrə imza atacaqdır.

Hörmətli Neyman bəy!

Sizi Draftsman ailəsində görməkdən məmnunluq duyuruq. İnanırıq ki, qarşılıqlı etimad, peşəkarlıq, nizam-intizam və komanda ruhu sayəsində birlikdə böyük nailiyyətlər əldə edəcəyik.

Draftsman ailəsinə xoş gəlmisiniz, Neyman bəy!

Layihənizi hesablayaq

Müraciət qoyun — ölçücü sizə uyğun vaxtda gələcək, ilkin hesablamanı isə bir iş günü ərzində alacaqsınız.

+994 50 519 12 12 Draftsmandizayn@gmail.com Bakı · istehsalat və şourum

Düyməni sıxmaqla məlumatların emalı siyasəti ilə razılaşırsınız.