Fərid Dadaş-Pur
Söküntü və daşınma üzrə mütəxəssis
Fərid Dadaş-Pur 1986-cı ildə Bakı şəhərinin Bakıxanov qəsəbəsində anadan olub. 1990-cı ildə ailəsi ilə birlikdə İran İslam Respublikasına köçüb və üç il orada yaşayıb. 1993-cü ildə Azərbaycana qayıdaraq Sumqayıt şəhərində məskunlaşıb və həmin il 33 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb.
1997-ci ildə ailəsi yenidən İran İslam Respublikasına köçdüyü üçün Fərid Dadaş-Pur təhsilini həmin ölkədə davam etdirib. Təhsil sistemindəki fərqlərə görə o, fars bölməsində yenidən birinci sinifdən oxumağa məcbur olub. Beş il təhsil aldıqdan sonra ailə vəziyyəti ilə əlaqədar təhsilini yarımçıq qoyaraq tikinti sahəsində əmək fəaliyyətinə başlayıb. 2011-ci ildə İran İslam Respublikasında həqiqi hərbi xidmətə çağırılıb və 2013-cü ildə hərbi xidmətini başa vurub. Həmin il Azərbaycana qayıdaraq ailəsi ilə birlikdə burada daimi yaşamağa qərar verib.
Fərid Dadaş-Pur uzun illər tikinti sektorunun müxtəlif istiqamətlərində çalışaraq zəngin praktiki təcrübə qazanıb. Fiziki əmək tələb edən işlərdə dözümlülüyü, məsuliyyətli yanaşması, əmək intizamına riayət etməsi və kollektivlə işləmək bacarığı ilə seçilib. Ümumilikdə 21 illik iş təcrübəsinə malik olan Fərid Dadaş-Pur “Draftsman” ailəsinə qoşularaq şirkətimizdə söküntü və daşınma üzrə mütəxəssis kimi fəaliyyətə başlayıb. İnanırıq ki, onun uzun illər ərzində qazandığı bilik və təcrübə həm şirkətimizin fəaliyyətinə mühüm töhfə verəcək, həm də Fərid bəyin peşəkar inkişafında yeni və uğurlu mərhələnin başlanğıcı olacaq.
Fərid Dadaş-Pura gələcək fəaliyyətində uğurlar, möhkəm sağlamlıq və davamlı peşəkar inkişaf arzulayırıq.
Layihənizi hesablayaq
Müraciət qoyun — ölçücü sizə uyğun vaxtda gələcək, ilkin hesablamanı isə bir iş günü ərzində alacaqsınız.
+994 50 519 12 12 Draftsmandizayn@gmail.com Bakı · istehsalat və şourum